Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK nümayəndəsi I Beynəlxalq Halal Akkreditasiya Konfransı və texniki təlimdə iştirak edib

AzAK nümayəndəsi I Beynəlxalq Halal Akkreditasiya Konfransı və texniki təlimdə iştirak edib

AzAK nümayəndəsi I Beynəlxalq Halal Akkreditasiya Konfransı və texniki təlimdə iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndəsi Türkiyə Respublikasının Ticarət Nazirliyi və Halal Akkreditasiya Qurumunun (HAK) təşəbbüsü ilə keçirilən I Beynəlxalq Halal Akkreditasiya Konfransı, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən təşkil olunan “Halal akkreditasiya və kadrların sertifikatlaşdırılması” üzrə texniki təlimdə iştirak edib.

I Beynəlxalq Halal Akkreditasiya Konfransı zamanı halal sahəsində akkreditasiya yanaşmalarının inkişaf istiqamətləri, uyğunluğun qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq standartların tətbiqi və qarşılıqlı tanınma imkanları ətrafında geniş müzakirələr aparılıb.

“Halal akkreditasiya və kadrların sertifikatlaşdırılması” təlimi çərçivəsində halal akkreditasiya sistemləri və qlobal halal keyfiyyət infrastrukturunda etibarın gücləndirilməsi mövzularında təqdimatlar dinlənilib. OIC/SMIIC 3:2019 “Uyğunluğun Qiymətləndirilməsi. Halal uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyasını həyata keçirən halal akkreditasiya qurumlarına dair tələblər” və OIC/SMIIC 34:2020 “Uyğunluğun qiymətləndirilməsi - Halal ilə əlaqəli fəaliyyətlərdə iştirak edən şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlar üçün ümumi tələblər” standartlarının tələbləri, eləcə də halal akkreditasiya və kadrların sertifikatlaşdırılması meyarları barədə ətraflı məlumat verilib.

Sonda təlim iştirakçılarına müvafiq  sertifikatlar təqdim olunub.

 

Bu xəbəri paylaşın :