Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK əməkdaşı metrologiya sahəsində keçirilən ixtisasartırma təlimində iştirak edib

AzAK əməkdaşı metrologiya sahəsində keçirilən ixtisasartırma təlimində iştirak edib

AzAK əməkdaşı metrologiya sahəsində keçirilən ixtisasartırma təlimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) böyük mütəxəssisi Gəncəli Səftərov Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) “AzMİ Akademiya” çərçivəsində təşkil olunan ixtisasartırma təlimində iştirak edib.

Daşkənd Dövlət Texniki Universitetinin professoru Paraxat Mayliyevna Matyakubovanın iştirakı ilə keçirilən təlim “Müəssisələrdə metroloji təminatın təşkili və rolu” və “Beynəlxalq standartlara uyğunluğun monitorinqi” mövzularına həsr olunub.

Dövlət qurumları və özəl təşkilatların nümayəndələri də daxil olmaqla, metrologiya sahəsində fəaliyyət göstərən 100-ə yaxın mütəxəssisin qatıldığı təlim zamanı metroloji təminatın mahiyyəti, tərkib hissələri, müəssisələrdə metroloji xidmətin təşkili, metrologiya sahəsində müasir yanaşmalar, ölçmələrin izlənəbilənliyi, uyğunluğun qiymətləndirilməsi, eləcə də beynəlxalq standartların əhəmiyyəti, geniş tətbiq olunan idarəetmə standartları kimi aktual məsələlər barədə məlumat verilib.

Sonda təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.

 

 

Bu xəbəri paylaşın :