Akkreditasiya qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün onun texniki normativ-hüquqi aktlarda, standartlaşdırma sahəsində müvafiq normativ sənəddə müəyyən olunmuş tələblərə cavab verdiyini, eləcə də uyğunluğun qiymətləndirilməsi işlərini yerinə yetirmək səriştəliliyinə malik olduğunu təsdiq etmək üçün aparılan rəsmi, müstəqil yoxlamadır.
Uyğunluğun qiymətləndirilməsi dedikdə sınaq, kalibrləmə, tibbi sınaq, inspeksiya, idarəetmə sistemlərinin, fiziki şəxslərin, məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması, səriştəlilik sınaqlarının təşkil edilməsi, istinad materiallarının istehsalı, validasiya və verifikasiya fəaliyyətləri başa düşülür, amma bunlarla məhdudlaşmır.
Sadə dillə desək, bu fəaliyyət növləri uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluğun qiymətləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər adlandırılır.