Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Beynəlxalq statusumuz

Avropa Əməkdaşlığı Təşkilatına (EA) üzvlük statusu

AzAK Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatına (EA) 22.11.2017-ci il tarixdə assosiativ üzv kimi qəbul edilmişdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa Birliyindən çıxması (BREXIT) nəticəsində EA üzvlük kateqoriyalarına yenidən baxılmış və 25.11.2021-ci il tarixdə Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) yeni qaydaları qəbul edilmişdir. Həmin qaydalara əsasən “Assosiativ” üzvlülük kateqoriyası ləğv edilmiş və EA üzvləri 4 kateqoriya üzrə bölünmüşdür. Yeni bölgüyə əsasən AzAK “B” kateqoriyaya aid üzvlülük statusundadır.

Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (ILAC) üzvlük statusu

Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (ILAC) Katibi tərəfindən 07.03.2018-ci il tarixdə AzAK-ın İLAC-a Assosiativ üzv olaraq qəbul olunmasının təsdiqi barədə məktub göndərilmişdir.