Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Siyasətimiz

İstehsal olunan məhsulların keyfiyyətinin, təhlükəsizliyinin, rəqabət qabiliyyətinin və ixrac potensialının yüksəldilməsi, xarici ticarətin daha da liberallaşdırılması, ticarətdə texniki maneələrin aradan qaldırılması istiqamətində həyata keçirəcəyimiz xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və sağlamlaşdırılması, keyfiyyət infrastrukturunun inkişafı, eləcə də fəaliyyət istiqamətlərimizə, prinsiplərimizə  uyğun olaraq uyğunluğun qiymətləndirilməsi sahəsində göstərilən akkreditasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq və regional qurumlar tərəfindən tanınması siyasətimizin əsasını təşkil edir.

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs malın (xidmətin, işin), onunla əlaqəli prosesin, istehsal metodunun, idarəetmə sisteminin və fiziki şəxslərin  texniki reqlamentdə və digər normativ-hüquqi aktda, müvafiq standartlaşdırma sahəsində normativ sənəddə  müəyyən olunmuş tələblərə  uyğunluğunun akkreditasiya üzrə prinsip və qaydalara uyğun qiymətləndirilməsini həyata keçirir.

Əsas prinsiplərimiz:

  • qanunçuluq;
  • qərəzsizlik;
  • şəffaflıq və ictimaiyyətə açıqlıq;
  • fəaliyyətdə müstəqillik;
  • kommersiya sirrinin qorunması;
  • peşəkarlıq;
  • ictimai marağın təmsil olunması;
  • marağı olan tərəflərin təmsilçiliyi;
  • beynəlxalq akkreditasiya qaydalarına uyğunluq;
  • eyni zamanda akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrində fəaliyyətin yolverilməzliyi.