Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Beynəlxalq əməkdaşlıq

Beynəlxalq əməkdaşlıq

Azərbaycan Akkreditasiya Mərkəzinin qarşısında duran əsas vəzifə milli akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması və uyğunluğun qiymətləndirməsinin nəticələrinin beynəlxalq qaydada  tanınmasının təmin edilməsidir. Bu məqsədlə Mərkəz akkreditasiya sahəsində mövcud olan beynəlxalq və regional təşkilatlarla, digər ölkələrin akkreditasiya qurumları ilə sıx əməkdaşlıq edir.

Memorandumlar və Protokollar

25.04.2023-cü il tarixində Böyük Britaniya Akkreditasiya Qurumu (UKAS) ilə akkreditasiya sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

01.06 2017-ci il tarixdə Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) ilə Belarus Dövlət Akkreditasiya Mərkəzi (BSCA) arasında Anlaşma Memorandumu imzalanıb.

28.11.2017-ci il tarixdə Gürcüstan Akkreditasiya Mərkəzi (GAC) və Azərbaycan Akkreditasiya Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

25.05.2023-cü il tarixində Xorvatiya Akkreditasiya Agentliyi (HAA) ilə akkreditasiya sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

25.05.2023-cü il tarixində İtaliyanın Vahid Akkreditasiya Orqanı (ACCREDIA) ilə akkreditasiya sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

01.06.2017-ci il tarixdə Qazaxıstan Respublikasının Milli Akkreditasiya Mərkəzi (NCA) və Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında Anlaşma Memorandumu imzalanıb.

2017-ci ilin noyabr ayında Latviya Milli Akkreditasiya Bürosu (LATAK) və Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında Anlaşma Memorandumu imzalanıb.

2017-ci ilin noyabr ayında Macarıstan Milli Akkreditasiya Təşkilatı (NAH) və Azərbaycan Akkreditasiya Məkrəzi (AzAK) arasında Anlaşma Memorandumu imzalanıb.

01.06.2017-ci il tarixli Moldova Respublikasının Milli Akkreditasita Mərkəzi (MOLDAC) və Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında Anlaşma Memorandumu imzalanıb.

25.04.2023-cü il tarixində AzAK və Serbiyanın Akkreditasiya Orqanı (ATS) arasında Anlaşma Memorandumu imzalanıb.

25.04.2023-cü il tarixində Ellin Respublikasının (Yunanıstan) akkreditasiya qurumu olan Ellin Akkreditasiya Sistemi (ESYD) ilə akkreditasiya sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

21.08.2023-cü il tarixində AZAK ilə Özbək Akkreditasiya Mərkəzi (O’ZAKK) arasında əməkdaşlıq haqqında Protokol imzalanmışdır. Əlavə olaraq, 2024-cü il üçün fəaliyyət planı hazırlanmış və imzalanıb.

19.02.2021-ci il tarixində Türk Akkreditasiya Agentliyi (TÜRKAK) ilə Azərbaycan Akkreditasiya Məkrəzi (AzAK) arasında Anlaşma Memorandumu imzalanıb.

Müqavilələr 

18.02.2022-ci il tarixində Türkiyə Akkreditasiya Agentliyi (TÜRKAK) ilə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında "Məsləhət və Təlim xidmətlərinin göstərilməsinə dair" müqavilə imzalanıb. 31.10.2023-cü il tarixində qeyd olunan müqavilənin müddəti 2024-cü ilin 30 iyun tarixinədək uzadılıb.

30.11.2023-cü il tarixində TÜBİTAK UME ilə xidməti müqavilə imzalanmışdır.

Layihələr 

PTB ilə “Şərq Tərəfdaşlığı Ölkələrində Artan Ticarət üçün Keyfiyyət Standartları” layihəsi

PTB ilə “Yaşıl transformasiya üçün keyfiyyət infrastrukturu” layihəsi