Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Apellyasiya Şurası

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin

Apellyasiya Şurası

 

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin (AzAK) Apellyasiya Şurası (bundan sonra - Şura) akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiyadan imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) edilən şikayətlərə baxılması məqsədi ilə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq akkreditasiyanın prinsipləri nəzərə alınmaqla təşkil olunur.

 

Şura öz fəaliyyətində Azərbaycan Respublikasının “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “İnzibati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin Apellyasiya Şurasının Əsasnaməsini rəhbər tutur.

 

Şuranın tərkibi:

 

Şuranın sədri:

Şuranın üzvləri:

 

Şuranın email ünvanı: apellyasiya@accreditation.gov.az