ADNSU tələbələri AzAK-da istehsalat təcrübəsi keçiblər
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzində (AzAK) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Cihaz mühəndisliyi, İnformasiya texnologiyaları və idarəetmə fakültələrinin 4-cü kurs tələbələri istehsalat təcrübəsi keçiblər.
Bu çərçivədə tələbələr AzAK-ın Laboratoriyaların akkreditasiyası, eləcə də İnspeksiya və sertifikatlaşdırma üzrə orqanların akkreditasiyası şöbələrində təcrübə keçərək akkreditasiyanın prinsipləri və mərhələləri, uyğunluğun qiymətləndirilməsi, həmçinin risklərin idarə olunması sahələrində praktiki bilik və bacarıqlar əldə ediblər.
Həmçinin istehsalat təcrübəsi zamanı tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, komanda ilə işləmək bacarıqlarının formalaşdırılması, analitik düşünmə qabiliyyətlərinin və peşəkar səriştələrinin artırılmasına diqqət yetirilib.