Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) “AZS ISO/IEC 17025:2020 – Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” mövzusunda 3 günlük təlim təşkil edir.
Tarix: 15-17 iyul 2026-cı il
Məkan: AzAK-ın inzibati binası (konfrans zalı)
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, 37
Təlimçi: AzAK-ın laboratoriyaların akkreditasiyası sahəsi üzrə ixtisaslaşmış əməkdaşı Çinarə Əhmədzadə.
Sertifikat: Təlimin sonunda iştirakçılara nəticələrinə uyğun olaraq müvəffəqiyyət və ya iştirak sertifikatı təqdim olunacaq.
Təlim ödənişlidir.
Təlim proqramı aşağıdakı mövzuları əhatə edir:
• AZS ISO/IEC 17025:2020 standartının strukturu və ümumi tələbləri
• Resurs tələbləri: işçi heyəti, avadanlıqlar və metroloji izlənəbilərlik
• Proses tələbləri: metodların seçilməsi, verifikasiya və validasiya, ölçmə qeyri-müəyyənliyi, nəticələrin etibarlılığının təmin edilməsi
• İdarəetmə sistemi tələbləri: sənədləşmə, qeydlərə nəzarət, risklərin idarə edilməsi, daxili audit və rəhbərlik tərəfindən təhlil
Ətraflı məlumat və qeydiyyat üçün:
(+994 70) 671 62 76
dinara.huseynova@accreditation.gov.az