Uyğunluğu qiymətləndirən qurumların nəzərinə!
AZS ISO/IEC 17024:2024 “Uyğunluğun qiymətləndirilməsi. Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara dair ümumi tələblər”
standartına keçid üçün
SİYASƏTİ
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən 11 yanvar 2024-cü il tarixində AZS ISO/IEC 17024:2024 standartı təsdiq edilmişdir.
Yeni standarta keçidi asanlaşdırmaq üçün “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs (bundan sonra- AzAK) aşağıdakı keçid proqramını tərtib etmişdir.
AzAK tərəfindən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar (bundan sonra- UQQ) akkreditasiya statusunu saxlamaq üçün 01.09.2025-ci il tarixinə qədər AZS ISO/IEC 17024:2024 standartına uyğunluğunu təmin etməlidir.
01.09.2025-ci il tarixindən etibarən AzAK tərəfindən AZS ISO/IEC 17024-2014 standartına uyğun olaraq təqdim edilmiş akkreditasiya attestatları etibarsız hesab olunacaqdır.
15.04.2025-ci il tarixindən etibarən AZS ISO/IEC 17024-2014 standartının tələblərinə uyğunluğun qiymətləndirilməsi üçün AzAK-a daxil olan akkreditasiya müraciətlərinə baxılmayacaqdır.
01.06.2025-ci il tarixindən etibarən illik qiymətləndirmələr AZS ISO/IEC 17024:2024 standartına uyğun olaraq həyata keçiriləcəkdir. İllik qiymətləndirmə zamanı AzAK UQQ-də fəaliyyət planının icrasında irəliləyişləri nəzərdən keçirəcəkdir.
15.04.2025-ci il tarixinə qədər akkreditasiya olunmuş UQQ-lər fəaliyyət planını 01.06.2025-ci il tarixinədək AzAK-a təqdim etməlidirlər.
Fəaliyyət planına aşağıdakılar daxil olmalıdır:
UQQ-lər tərəfindən təqdim edilmiş fəaliyyət planları AzAK tərəfindən 3 (üç) ay müddətində qiymətləndiriləcək və fəaliyyət planının icrasına yerində qiymətləndirmə zamanı baxılacaqdır.
UQQ-lər illik qiymətləndirmə zamanı aşkar olunmuş uyğunsuzluqları 01.09.2025-ci il tarixinə qədər aradan qaldırmağa cavabdehlik daşıyırlar.
AZS ISO/IEC 17024:2024 standartına uyğun aparılan illik qiymətləndirmənin nəticəsi qənaətbəxş olduğu halda, AZS ISO/IEC 17024-2014 standartı üzrə verilmiş akkreditasiya attestatının etibarlılıq müddəti saxlanılmaqla yenisi ilə əvəz olunacaqdır.
Məsələ ilə bağlı hər hansı sual yaranarsa, maraqlı tərəflər AzAK-a müraciət edə bilər.
Ünvan: Bakı şəhəri, Zeynal Xəlil 37
İnternet səhifəsi: www.accreditation.gov.az
Telefon: +994 12 565 35 50
Elektron ünvan: azak@accreditation.gov.az