Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Təlimə dəvət!

Təlimə dəvət!

AzAK AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” mövzusunda təlimlər keçirəcək

 

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartı əsasında 3 günlük təlim elan edir.

Təlimlər 2025-ci ilin 24-26 sentyabr tarixlərində AzAK-ın laboratoriyaların akkreditasiyası sahəsi üzrə ixtisaslaşmış əməkdaşı Çinarə Əhmədzadə tərəfindən keçiriləcək.

Təlimin məqsədi laboratoriyaların sınaq və kalibrləmə fəaliyyətlərinin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən dəqiq və etibarlı nəticələrin əldə edilməsi üçün sözügedən standartın praktiki tətbiq üsullarının izah edilməsidir.

Sonda imtahandan uğurla keçən şəxslərə müvəffəqiyyət, digər şəxslərə isə iştirakçı sertifikatları təqdim olunacaq.

Qeydiyyat üçün əlaqələndirici şəxs:

Dinarə Hüseynova - İnsan resurslarının idarəedilməsi və inkişafı sektorunun mütəxəssisi
Mob: (+994 70) 671 62 76
E-mail:
dinara.huseynova@accreditation.gov.az

 

 

 

Bu xəbəri paylaşın :