ELAN
Uyğunluğun Qiymətləndirilməsi Qurumlarının
Diqqətinə!
Bildiyiniz kimi, “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs (AzAK) tərəfindən Akkreditasiya qiymətləndirilməsi zamanı ISO/IEC 17020 və ISO/IEC 17025 standartlarının tələblərinə müvafiq olaraq, uyğunluğu qiymətləndirən qurumlardan (UQQ) fəaliyyətlərində istifadə etdikləri ölçmə vasitələrinin kalibrlənməsi tələb olunur.
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında“ Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət ilkin kəmiyyət vahidləri etalonlarına izlənilən kəmiyyət vahidləri etalonları tətbiq edilməlidir. Müvafiq dövlət ilkin kəmiyyət vahidləri etalonları olmadıqda, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsində tətbiq edilən ölçmə vasitələrinin xarici dövlətlərin kəmiyyət vahidləri etalonları ilə izlənilməsi təmin edilir. Belə ki, həmin Qanunun 17-ci maddəsinə əsasən, ölçmə vasitələri dövlət ilkin kəmiyyət vahidi etalonları ilə izlənilən, bunlar olmadıqda isə xarici dövlətlərin kəmiyyət vahidi etalonları ilə izlənilən kəmiyyət vahidi etalonlarından istifadə edilməklə kalibrlənir.
Son zamanlar bir sıra UQQ-lər ölçmə vasitələrinin kalibrlənməsində yaranmış çətinliklərlə əlaqədar olaraq, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında“ Azərbaycan Respublikasının Qanunun, müvafiq beynəlxalq standartların, ILAC P10 “Ölçmə Nəticələrinin Metroloji izlənilməsi üzrə ILAC Siyasəti” sənədinin, AzAK-ın AzAK S01 “Ölçmə nəticələrinin metroloji izlənilməsinə dair siyasət sənədi”nin tələblərini yerinə yetirmək məqsədilə xarici ölkələrin akkreditasiya orqanları tərəfindən akkreditasiya olunmuş kalibrləmə laboratoriyalarına müraciət edirlər.
Bildiririk ki, UQQ-lər ölçmə vasitələrini xarici ölkələrin akkreditasiya orqanları tərəfindən akkreditasiya edilmiş kalibrləmə laboratoriyalarında kalibrlənmədən keçirdikdən sonra kalibrləmə sertifikatlarını ölçmə vasitələrinin müvəqqəti olaraq ölkədən çıxarılmasını və ölkəyə geri qaytarılmasını təsdiq edən müvafiq gömrük sənədləri (gömrük bəyannaməsi və əlaqəli sənədlər) ilə birlikdə AzAK-a təqdim etməlidirlər.
Əlavə məlumat üçün AzAK-a müraciət edə bilərsiniz: