Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

ELAN, Uyğunluğun Qiymətləndirilməsi Qurumlarının Diqqətinə!

ELAN, Uyğunluğun Qiymətləndirilməsi Qurumlarının Diqqətinə!

 

ELAN

Uyğunluğun Qiymətləndirilməsi Qurumlarının

Diqqətinə!

 

    “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uyğunluğu qiymətləndirən qurum fəaliyyətində bu qanunun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməlidir.

 Eyni zamanda “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uyğunluğun könüllü qiymətləndirilməsi uyğunluğu qiymətləndirən qurumlar tərəfindən akkreditasiya tələblərinə, milli standartlaşdırma qurumu tərəfindən qəbul edilmiş normativ sənədlərə və müvafiq beynəlxalq standartların tələblərinə əsasən aparılır.

     Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilmiş AZS 498:2022 “Uyğunluğun qiymətləndirilməsi – Malların sertifikatlaşdırılması qaydası” standartının 12.1-ci bəndinə əsasən, uyğunluq sertifikatlarının yaradılması (o cümlədən qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi) vahid elektron portal (www.e-keyfiyyet.gov.az) vasitəsilə həyata keçirilməlidir.

    Yuxarıda istinad olunan qanunvericiliklərin tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.”

Bu xəbəri paylaşın :