AzAK “Validasiya/Verifikasiya və Ölçmə Qeyri-müəyyənliyi” mövzusu əsasında 3 günlük təlimlər keçirəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) “Validasiya/Verifikasiya və Ölçmə Qeyri-müəyyənliyi” mövzusu əsasında 3 günlük təlim elan edir.
Təlimlər 2025-ci ilin 26-28 noyabr tarixlərində AzAK-ın laboratoriyaların akkreditasiyası sahəsi üzrə ixtisaslaşmış əməkdaşı Çinarə Əhmədzadə tərəfindən keçiriləcək.
Təlim proqramı aşağıdakı mövzuları əhatə edəcək:
Sonda imtahandan uğurla keçən şəxslərə müvəffəqiyyət, digər şəxslərə isə iştirakçı sertifikatları təqdim olunacaq.
Qeydiyyat üçün əlaqələndirici şəxs:
Dinarə Hüseynova - İnsan resurslarının idarəedilməsi və inkişafı sektorunun mütəxəssisi
Mob: (+994 70) 671 62 76
E-mail: dinara.huseynova@accreditation.gov.az