Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK – da “AZS ISO/IEC 17025:2020: Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” mövzusu əsasında 3 günlük təlimlər keçirəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK)   “AZS ISO/IEC 17025:2020: Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” mövzusu əsasında 3 günlük təlim elan edir.

Təlimlər 2025-ci ilin 22-24 dekabr tarixlərində AzAK-ın laboratoriyaların akkreditasiyası sahəsi üzrə ixtisaslaşmış əməkdaşı Çinarə Əhmədzadə tərəfindən keçiriləcək.

Təlim proqramı aşağıdakı mövzuları əhatə edəcək:

  • AZS ISO/IEC 17025:2020 standartının strukturu və ümumi tələbləri
  • Resurs tələbləri: işçi heyət, avadanlıqlar, metroloji izləmə
  • Proses tələbləri: metodların seçilməsi, verifikasiya və validasiya, ölçmə qeyri-müəyyənliyi, nəticələrin etibarlılığı
  • İdarəetmə sistemi tələbləri: sənədləşmə, qeydlərə nəzarət, risklərin idarə edilməsi, daxili audit və rəhbərlik üzrə təhlil

Sonda imtahandan uğurla keçən şəxslərə müvəffəqiyyət, digər şəxslərə isə iştirakçı sertifikatları təqdim olunacaq.

Qeydiyyat üçün əlaqələndirici şəxs:

Dinarə Hüseynova - İnsan resurslarının idarəedilməsi və inkişafı sektorunun mütəxəssisi
Mob: (+994 70) 671 62 76
E-mail: 
dinara.huseynova@accreditation.gov.az

Bu xəbəri paylaşın :