Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Türkiyə Akkreditasiya Agentliyi (TÜRKAK) ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs (AzAK) arasında məsləhət və təlim xidmətlərinin göstərilməsinə dair imzalanmış 18.02.2022-ci il tarixli müqavilənin icrası uğurla davam edir.
Müqavilə çərçivəsində TürkAK tərəfindən AzAK-ın ILAC-a tam həqiqi üzv olması məqsədi ilə texniki yardım xidmətləri göstərilir. Xidmətlərə uyğunluğun qiymətləndirilməsi sahəsində beynəlxalq standartlar üzrə müxtəlif təlimlərin keçirilməsi, AzAK-ın fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun qurulması, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanın həyata keçirilməsi üçün akkreditasiya tələblərinin müəyyən edilməsi daxildir.
TÜRKAK tərəfindən aşağıdakı təlimlər keçirilmişdir:
Eyni zamanda 2022 və 2023-cü illər ərzində Türkiyədə AzAK qiymətləndiricilərinin İSO/İEC 17025 standartı üzrə qiymətləndirmələrdə də iştirak etmişlər. Təlimlərin sonunda iştirakçılara TürkAK tərəfindən müvafiq sertifikatlar verilmişdir.
Akkreditasiya qurumunun fəaliyyətinin İSO/İEC 17011 standartın tələblərinə uyğun təşkili üçün daxili prosedurların, qayda və təlimatların hazırlanması işi davam etdirilir.
AzAK tərəfindən bir sıra qayda, prosedur, təlimat və siyasət sənədləri hazırlanmışdır ki, onlarla AzAK-ın saytında müvafiq bölmələrdə tanış ola bilərsiniz.