Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

EA Üfüqi Uyğunlaşdırma Komitəsinin 31-ci iclasında iştirak etdik

EA Üfüqi Uyğunlaşdırma Komitəsinin 31-ci iclasında iştirak etdik

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndə heyəti Belçika Krallığının Brüssel şəhərində səfərdə olublar. Səfər çərçivəsində heyət Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) Üfüqi Uyğunlaşdırma Komitəsinin (HHC) 31-ci iclasında iştirak edib. Gabriel Zrenner (DAkkS) və Kristina Hallmanın (SWEDAC) sədrliyi ilə keçirilən iclasda 70-ə yaxın iştirakçı iştirak edib.

İclasda işçi qrupların hesabatları dinlənilib, akkreditasiya qurumlarının fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin tədbir zamanı Virtual sahə/Virtual qurum haqqında seminar təşkil olunub.
Qeyd edək ki, EA Üfüqi Uyğunlaşdırma Komitəsinin iclasları ISO/IEC: 17011 və müvafiq ILAC/IAF (Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilat/Beynəlxalq Akkreditasiya Forumu) və EA sənədlərinin uyğunlaşdırılmış tətbiqi ilə bağlı bütün məsələlərin və maraqlı tərəflərin məsuliyyətlərinin müzakirəsi üçün mütəmadi təşkil olunur.

Bu xəbəri paylaşın :