Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

EA Baş Assambleyasının 55-ci iclasında iştirak etdik

EA Baş Assambleyasının 55-ci iclasında iştirak etdik

Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) rəhbər heyəti Belçika Krallığının Brügge şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində heyət Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) Baş Assambleyasının (GA) 55-ci iclasında iştirak edib.

İclas zamanı EA prezidentinin, o cümlədən Məsləhət Şurası, Çoxtərəfli Saziş Şurası, Üfüqi Uyğunlaşdırma, Sertifikatlaşdırma, İnspeksiya, Laboratoriya, Kommunikasiya və nəşrlər Komitələrinin təqdimatları dinlənilib. 

Bundan əlavə, EA-ya həqiqi üzv olan dövlətlərin milli akkreditasiya orqanlarında, eləcə də EA-ya həqiqi üzvlüyə müraciət etmiş milli akkreditasiya orqanlarında aparılmış həmkar qiymətləndirmələrinin nəticələri də müzakirə edilib. 

Uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi, müvafiq qurumlar arasında çoxtərəfli tanınma razılaşmaları, əməkdaşlıq perspektivləri və praktiki sahələrdə qarşılıqlı təcrübə mübadiləsinə dair məsələlərə nəzər salınıb.

Bu xəbəri paylaşın :