Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndəsi beynəlxalq qiymətləndirmədə iştirak edib

Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndəsi beynəlxalq qiymətləndirmədə iştirak edib

Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndəsi beynəlxalq qiymətləndirmədə iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin Laboratoriyaların akkreditasiyası şöbəsinin əməkdaşı Türkiyə Akkreditasiya Agentliyi (TÜRKAK) tərəfindən həyata keçirilən qiymətləndirmədə müşahidəçi qismində iştirak edib.

Qiymətləndirmə TÜRKAK‑ın səlahiyyətli qiymətləndirici heyəti tərəfindən təşkil olunub. ISO/IEC 17025 standartı üzrə aparılan qiymətləndirmənin əsas məqsədi kalibrləmə laboratoriyasının bu standartda müəyyən edilmiş bütün tələblərə uyğunluğunun yoxlanılması və təsdiqlənməsidir.

Qeyd edək ki, ISO/IEC 17025 akkreditasiya standartına uyğunluq illik qiymətləndirmələrlə təsdiq olunur ki, bu da laboratoriyanın nəticələrinin beynəlxalq səviyyədə etibarlılığını təmin edir.

 

Bu xəbəri paylaşın :