Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Azərbaycan Akkreditasiya Mərkəzində “Qiymətləndirmə komissiyasının iş təlimatı” mövzusunda təlim keçirilib

Azərbaycan Akkreditasiya Mərkəzində  “Qiymətləndirmə komissiyasının iş təlimatı” mövzusunda təlim keçirilib

Azərbaycan Akkreditasiya Mərkəzində  “Qiymətləndirmə komissiyasının iş təlimatı” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən AzAK T005-02 “Qiymətləndirmə komissiyasının iş təlimatı” mövzusunda təlim keçirilib.

Təlim akkreditasiya prosesinin beynəlxalq standartlara uyğun təşkili, qiymətləndirmə komissiyası üzvlərinin rol və vəzifələrinin düzgün müəyyənləşdirilməsi, bu istiqamətdə kadrların peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən sözügedən təlimatda edilmiş dəyişikliklər barədə iştirakçıların məlumatlandırılması məqsədilə təşkil olunub.

AzAK-ın keyfiyyət üzrə meneceri Ləman Salmanova tərəfindən keçirilən təlimdə AzAK T005-02 sənədinin strukturu barədə ətraflı məlumat verilib. Təqdimat zamanı akkreditasiya üzrə müraciətin qəbulundan sonra həyata keçirilən fəaliyyətlər, sənəd təhlili prosesi və qiymətləndirmə mərhələlərində müvafiq komissiyanın vəzifələri izah olunub.

Bununla yanaşı, açılış və qapanış iclasları, istifadə olunan zəruri sənədlər, izləmə, illik qiymətləndirmələr və təkrar akkreditasiya proseslərinə nəzər salınıb.

 

Bu xəbəri paylaşın :