Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Azərbaycan Akkreditasiya Mərkəzi yanında Akkreditasiya üzrə Məsləhət Şurasının ilk iclası keçirilib

Azərbaycan Akkreditasiya Mərkəzi yanında Akkreditasiya üzrə Məsləhət Şurasının ilk iclası keçirilib

İqtisadiyyat Nazirliyi yanında #Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan #Akkreditasiya Mərkəzi yanında Akkreditasiya üzrə Məsləhət Şurasının ilk iclası keçirilib.
İclas Akkreditasiya üzrə Məsləhət Şurasının tərkibinə daxil olan dövlət, özəl və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə baş tutub.

Şura AzAK-la keyfiyyət infrastrukturunda fəaliyyət göstərən dövlət və özəl qurumlar arasında qarşılıqlı əməkdaşlığın qurulması, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya üzrə dövlət siyasətinin, strategiyasının formalaşdırılmasına və buna dair hədəflərin müəyyən edilməsinə yönəlmiş tövsiyələrin verilməsi, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində qeyd edilən akkreditasiya prinsiplərinə riayət olunmasının təmin edilməsi vəzifəsini həyata keçirir.
Şuranın ilk iclasında səsvermə yolu ilə sədr və sədr müavinləri seçilib. Şuranın növbəti iclasının cari ilin dekabr ayında keçirilməsi qərara alınıb.

Bu xəbəri paylaşın :