Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK tərəfindən sınaq laboratoriyaları üçün təlimlər təşkil olunub

AzAK tərəfindən sınaq laboratoriyaları üçün təlimlər təşkil olunub

AzAK tərəfindən sınaq laboratoriyaları üçün təlimlər təşkil olunub

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) və Türkiyə Akkreditasiya Agentliyinin (TÜRKAK) birgə təşkilatçılığı ilə sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyi və etibarlı nəticələrinə dair tələbləri ehtiva edən ISO/IEC 17025 standartı üzrə təlimlər keçirilib.

Təlimdə AzAK-ın Laboratoriyaların akkreditasiyası şöbəsinin əməkdaşları ilə yanaşı inşaat sahəsi üzrə müxtəlif laboratoriyaların nümayəndələri iştirak ediblər.

TÜRKAK təlimçisi Hayat Bozkırın iştirakı ilə baş tutan təlimlər metodların seçilməsi, verifikasiyası, validasiyası, o cümlədən ölçmələrin qeyri-müəyyənliyinin qiymətləndirilməsi mövzularını əhatə edib.

Bundan əlavə, laboratoriyaların fəaliyyətində mövcud çətinliklər və həlli yolları müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda təlimi uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

Qeyd edək ki, maarifləndirici tədbirlər AzAK və TÜRKAK arasında 18.02.2022-ci il tarixində məsləhət və təlim xidmətlərinin göstərilməsinə dair imzalanan müqavilə çərçivəsində həyata keçirilir.

Bu xəbəri paylaşın :