AzAK tərəfindən “AZS ISO/IEC 17025:2020” standartının tələbləri üzrə təlimlər keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən “AZS ISO/IEC 17025:2020 – Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” mövzusunda 3 günlük təlim təşkil edilib.
Təlimdə dövlət və özəl qurumların müvafiq sahədə fəaliyyət göstərən 30 yaxın mütəxəssisi iştirak edib.
Təlim proqramı çərçivəsində AzAK-ın laboratoriyaların akkreditasiyası sahəsi üzrə peşəkar əməkdaşı Çinarə Əhmədzadə tərəfindən iştirakçılara AZS ISO/IEC 17025:2020 standartının tələbləri və praktiki tətbiqi, laboratoriyaların idarəetmə sistemləri, texniki səriştə, kalibrləmə və sınaq proseslərinin keyfiyyətə təsiri, o cümlədən uyğunluq meyarları barədə ətraflı məlumat verilib.
Təlimin əsas məqsədi ölkədə fəaliyyət göstərən sınaq və kalibrləmə laboratoriyalarının beynəlxalq standartlara uyğun səriştəliliyinin təmin edilməsinə, bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarını artırılmasına dəstək göstərməkdən ibarətdir.