AzAK rəhbərliyi SOCAR tərəfindən təşkil olunan tanıtım tədbirində iştirak edib
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzinin direktoru Emin Zeynalov SOCAR-ın “Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi Sənaye Sinerjisi 2026” tanıtım tədbirində iştirak edib.
Tədbirin əsas məqsədi SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı - Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi (CCTC) kimi fəaliyyətini davam etdirməsi barədə iştirakçıların məlumatlandırılması olub.
Tədbir zamanı dövlət qurumları, sənaye və enerji sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri ilə müvafiq sahədə müşahidə olunan əsas trendlər, tələb olunan yeni səriştələr və müasir dövrün çağırışlarına uyğunlaşma strategiyaları müzakirə edilib. Həmçinin CCTC-nin təqdim etdiyi xidmətlər barədə məlumat verilib.
Bundan əlavə, müzakirələrdə insan kapitalının inkişafı, beynəlxalq təcrübələrin tətbiqi, təlim və sertifikatlaşdırma sahəsində müasir yanaşmalar, eləcə də enerji sektorunda ixtisaslı kadr hazırlığının strateji əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb