Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK nümayəndəsi Tailand Krallığında beynəlxalq tədbirdə iştirak edib

AzAK nümayəndəsi Tailand Krallığında beynəlxalq tədbirdə iştirak edib

 

AzAK nümayəndəsi Tailand Krallığında beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Emin Zeynalov Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində o, Beynəlxalq Akkreditasiya Forumu (IAF) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (ILAC) birgə təşəbbüsü ilə keçirilən illik toplantıda iştirak edib.

Beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və yeni Qlobal Akkreditasiya Əməkdaşlığı Qurumuna (Global Accreditation Cooperation Incorporated) keçid prosesinin müzakirəsinə həsr olunmuş tədbirdə bir sıra ölkələrin milli akkreditasiya orqanları, regional əməkdaşlıq qurumları və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.

İllik toplantı çərçivəsində keçirilən Forum zamanı müxtəlif işçi qrupların iclasları, maarifləndirici seminarlar və texniki komitələrin sessiyaları təşkil olunub. Həmçinin səsvermə yolu ilə Brahim Houla Qlobal Akkreditasiya Əməkdaşlığı Qurumuna sədr seçilib.

Daha sonra iştirakçılar yeni akkreditasiya sisteminin gələcək inkişaf istiqamətləri, tətbiq olunacaq innovativ yanaşmalar və keyfiyyət infrastrukturunun daha da gücləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

Bundan əlavə, AzAK-ın ILAC-a tamhüquqlu üzvlük statusu ilə bağlı quruma rəsmi Qarşılıqlı Tanınma Razılaşması - MRA (Mutual Recognition Arrangement) sənədi təqdim olunub. Bu nailiyyətin qısa müddət ərzində əldə edilməsi AzAK-ın müvafiq sahədə səriştəliliyi və beynəlxalq etimadın gücləndirilməsi kimi qiymətləndirilib.

Bu xəbəri paylaşın :