Azərbaycan Akkreditasiya Mərkəzi və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Akkreditasiya Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Akkreditasiya Mərkəzi Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB ölkələrinin Dövlətlərarası Şurasının (МГС) 62-ci illik toplantısında iştirak edib. İclasda MDB-yə üzv dövlətlərdə uyğunluğu qiymətləndirən orqanların akkreditasiyasının qarşılıqlı tanınması haqqında Saziş layihəsi, sahə üzrə Avrasiya Əməkdaşlığına dair Yol Xəritəsinin icrası və yenilənməsi və digər prioritet məsələlər müzakirə edilib. Həmçinin, 2030-cu ilə qədər olan dövr üçün Dövlətlərarası Şuranın inkişaf strategiyasının həyata keçirilməsi üzrə Fəaliyyət Planının hazırlanması və yenilənməsi haqqında fikir mübadiləsi aparılıb.