Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK İslam Halal Qurumlarının Akkreditasiyası Forumunun yeni üzvü seçilib

AzAK İslam Halal Qurumlarının Akkreditasiyası Forumunun yeni üzvü seçilib

AzAK İslam Halal Qurumlarının Akkreditasiyası Forumunun yeni üzvü seçilib

 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Emin Zeynalov Səudiyyə Ərəbistanı Krallığının Məkkə Əl-Mükərrəm şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində o, İslam Halal Qurumlarının Akkreditasiyası Forumunun (IFHAB) Baş Assambleya iclasında iştirak edib.

 

Ümumilikdə dünyanın 25 akkreditasiya qurumundan nümayəndələrin qatıldığı tədbirdə Azərbaycan Akkreditasiya Mərkəzi IFHAB-ın yeni üzvü qismində təsdiqlənib.

 

Bundan əlavə, halal məhsul və xidmətlərin akkreditasiyasını təmin edən qurumların bir araya gəldiyi qlobal Forumda halal standartlarının və sertifikatlaşdırma proseslərinin təkmilləşdirilməsi, qarşılıqlı tanınma razılaşmalarının genişləndirilməsi və halal sənayesində beynəlxalq etimadın artırılması istiqamətində çıxışlar dinlənilib.

 

Həmçinin maraqlı tərəflər olan akkreditasiya və uyğunluğun qiymətləndirilməsi orqanlarının IFHAB-da təmsilçiliyi məsələləri, o cümlədən fəaliyyət proqramlarının icrasına dair hesabatlar nəzərdən keçirilib.

 

Forum çərçivəsində üzv ölkələr və qurumlar arasında təcrübə və məlumat mübadiləsi, elmi və texnoloji yeniliklərin dəstəklənməsi istiqamətində müzakirələr baş tutub.

 

Sonda IFHAB-ın 2025-ci il üçün İş Proqramı təsdiq edilib.

 

 

Bu xəbəri paylaşın :