Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK-ın təşkilatçılığı ilə Akkreditasiya üzrə Məsləhət Şurasının onlayn iclası keçirilib

AzAK-ın təşkilatçılığı ilə Akkreditasiya üzrə Məsləhət Şurasının onlayn iclası keçirilib

AzAK-ın təşkilatçılığı ilə Akkreditasiya üzrə Məsləhət Şurasının onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) təşkilatçılığı ilə Akkreditasiya üzrə Məsləhət Şurasının onlayn iclası keçirilib.

İclasda Agentlik və AzAK nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Səhiyyə Nazirliyi Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Standartlaşdırma İnstitutu və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin nümayəndləri iştirak ediblər.

İclas zamanı AzAK-ın direktoru Emin Zeynalov Mərkəzin əsas fəaliyyət istiqamətlərini əhatə edən təqdimatla çıxış edib. O, AzAK-ın Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (İLAC) tamhüquqlu üzvlüyünün milli akkreditasiya sisteminin beynəlxalq səviyyədə tanınması baxımından  əhəmiyyətini vurğulayıb.

Bundan əlavə, normativ sənədlərin hazırlanması, akkreditasiya prosesinin təşkili və təkmilləşdirilməsi məqsədilə akkreditasiya prinsiplərinə riayət olunması məsələləri müzakirə olunub. Həmçinin uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası və bu istiqamətdə aparılan monitorinqin nəticələri nəzərdən keçirilib.

Qeyd: Akkreditasiya üzrə Məsləhət Şurası Azərbaycan Respublikasının milli akkreditasiya sistemində siyasət, proseslər və qərarların “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində qeyd olunan akkreditasiya prinsiplərinə uyğun həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılıb.

 

Bu xəbəri paylaşın :