AzAK-ın təşəbbüsü ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Metrologiya və Standartlaşdırma İnstitutlarının, uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən biznes qurumlarının əməkdaşları üçün “ISO/IEC:17065 Uyğunluğun qiymətləndirilməsi - Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” standartı mövzusunda təlim təşkil olunub.
Türkiyə Akkreditasiya Agentliyinin (TürkAK) baş qiymətləndiricisi Atakan Baştürk tərəfindən keçirilən bu təlim məhsul və xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi və sertifikatlaşdırılması sahəsində təcrübəni əhatə edir.
Təlim AzAK ilə TürkAK arasında məsləhət və təlim xidmətlərinin göstərilməsinə dair imzalanmış müqavilə çərçivəsində baş tutmuşdur. Qeyd edilən müqavilə çərçivəsində uyğunluğun qiymətləndirilməsi sahəsində beynəlxalq standartlar üzrə təlim və təcrübə proqramları il ərzində davam etdiriləcək.