Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK-ın APAC tərəfindən həmkar qiymətləndirilməsi həyata keçirilib

AzAK-ın APAC tərəfindən həmkar qiymətləndirilməsi həyata  keçirilib

AzAK-ın APAC tərəfindən həmkar qiymətləndirilməsi həyata  keçirilib

Azərbaycan Akkreditasiya Mərkəzində (AzAK) beynəlxalq təcrübəyə uyğun olaraq həmkar qiymətləndirilməsi prosesi həyata keçirilib. Sözügedən qiymətləndirmə  Akkreditasiya üzrə Asiya - Sakit Okean Əməkdaşlığı Təşkilatı (APAC) ilə Qarşılıqlı Tanınma Sazişinin (MRA) imzalanması məqsədilə AzAK tərəfindən edilən müraciət əsasında aparılıb.

Qiymətləndirmə APAC-ın həmkar qiymətləndirici heyətinin üç nümayəndəsi - Jason Stine, Salim Humaid Alsaidi və Shady Abdelazim Mohamed Hussein tərəfindən icra olunub.

Həmkar qiymətləndirilməsi zamanı AzAK-ın fəaliyyətinin ISO/IEC 17011 beynəlxalq standartı, o cümlədən beynəlxalq və regional təşkilatların müvafiq sənədlərinin tələblərinə uyğunluğu qiymətləndirilib. Qiymətləndirmə zamanı qurumun idarəetmə sisteminin səmərəliliyi, akkreditasiya prosedurlarının şəffaflığı və obyektivliyi nəzərə alınıb.

Bundan əlavə, həmkar qiymətləndirilməsi çərçivəsində keçirilən görüşdə bu prosesin AzAK-ın fəaliyyətinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rola malik olduğu vurğulanıb. Həmçinin ölkəmizdə milli akkreditasiya sisteminin daha da inkişaf etdirilməsi və beynəlxalq etimadın gücləndirilməsində vacib əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Məlumat üçün bildirək ki, APAC-ın həmkar qiymətləndirici heyətinin iştirakı ilə 5 gün davam edən AzAK-ın həmkar qiymətləndirilməsi prosesi uğurla başa çatıb.

Qeyd: Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.5.1-ci yarımbəndində milli akkreditasiya qurumunun ISO/IEC 17011 beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması, müvafiq akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlara tamhüquqlu üzvlüyünün təmin edilməsi, habelə qarşılıqlı tanınma sazişlərinin bağlanılması nəzərdə tutulub. Bu çərçivədə 2024-cü il 30 iyul tarixində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən Akkreditasiya üzrə Asiya - Sakit Okean Əməkdaşlığı Təşkilatı-na rəsmi müraciət edilib.

 

Bu xəbəri paylaşın :