AzAK əməkdaşları “Potensialın İnkişafı” layihəsi çərçivəsində təlimlərə qatılıblar
Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) əməkdaşları peşəkar bacarıqlarının artırılması üçün “Potensialın İnkişafı” Layihəsi çərçivəsində təlimlərdə iştirak ediblər.
Təlimlər zamanı iştirakçılara münaqişələrin və risklərin idarə edilməsi, habelə çevik idarəetmə mövzuları izah olunub. Həmçinin təşkilatların dayanıqlığının artırılması, resurslardan səmərəli istifadə və potensial təhlükələrə qarşı strateji yanaşmalar müzakirə olunub.
Təlimlərdə əldə edilən biliklər müasir idarəetmə yanaşmalarını real iş mühitində tətbiq etmək imkanını artıracaq, o cümlədən peşəkar inkişaf və karyera yüksəlişində əməkdaşlar üçün məhsuldar mühit formalaşdıracaq.
Qeyd edək ki, sözügedən təlimlər İqtisadi Elmi Tədqiqat İnstitutunun tabeliyindəki Təlim Tədris Mərkəzi və “McKinsey & Company” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.