AzAK əməkdaşları onlayn təlimdə iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) əməkdaşları Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təşkil edilmiş “ISO/IEC 17043:2023 – Uyğunluğun qiymətləndirilməsi üzrə təminatçıların səriştəliliyinə dair ümumi tələblər” mövzusunda onlayn təlimdə iştirak ediblər.
Beynəlxalq ekspert Halil Çelik tərəfindən keçirilən təlimin əsas məqsədi iştirakçıların ISO/IEC 17043:2023 standartının tələbləri barədə məlumatlandırılması, səriştəliliyin yoxlanılması proqramlarının təşkili və idarə olunması, nəticələrin qiymətləndirilməsi metodları, keyfiyyət təminatı prinsipləri, eləcə də bu sahədə qabaqcıl təcrübələrə dair bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Təlim müddətində praktiki nümunələr əsasında təqdimatlar dinlənilib və və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.