Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK əməkdaşları Halal uyğunluğun qiymətləndirilməsi üzrə beynəlxalq təlimdə iştirak ediblər

AzAK əməkdaşları Halal uyğunluğun qiymətləndirilməsi üzrə beynəlxalq təlimdə iştirak ediblər

AzAK əməkdaşları Halal uyğunluğun qiymətləndirilməsi üzrə beynəlxalq təlimdə iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) İnspeksiya və sertifikatlaşdırma üzrə orqanlarının akkreditasiyası şöbəsinin əməkdaşları “Halal uyğunluğun qiymətləndirilməsi” sahəsində beynəlxalq təcrübəyə əsaslanan texniki təlimdə  iştirak ediblər.

Onlayn formatda təşkil olunan təlimdə iştirakçılara halal uyğunluğun qiymətləndirilməsi prosesi və metodologiyası, bu sahədə beynəlxalq təcrübələr və etik prinsiplər ətrafında geniş məlumat verilib, praktiki nümunələr əsasında sənədləşmə və audit mərhələləri izah olunub.

Təlimin məqsədi halal uyğunluq sisteminin keyfiyyətinin yüksəldilməsi, bu sahədə mütəxəssislərin peşəkar inkişafı, bilik və bacarıqlarının təkmilləşdirməsi, eləcə də halal uyğunluğun obyektiv qiymətləndirilməsidir.

AzAK beynəlxalq standartlara uyğun fəaliyyətin təşkili, o cümlədən halal akkreditasiya sahəsində qabaqcıl təcrübələrdən faydalanmaq  istiqamətində təlimlərdə iştirakını davam etdirəcək.

 

Bu xəbəri paylaşın :