Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK əməkdaşları beynəlxalq standartlar əsasında təlimdə iştirak ediblər

AzAK əməkdaşları beynəlxalq standartlar əsasında təlimdə iştirak ediblər

Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) mütəxəssisləri və kənar texniki qiymətləndiriciləri ISO/IEC 17025:2017 - sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər və ISO/IEC 17043 - səriştəlilik sınaqlarına dair ümumi tələblər beynəlxalq standartları əsasında təlimlərdə iştirak edirlər. Dörd gün davam edəcək təlim proqramı qiymətləndirmənin planlaşdırılması və tətbiqi prosedurunun təkmilləşdirilməsi, eləcə də akkreditasiyadan keçmiş qurumların səriştəlilik sınaqlarına qatılmaları üçün faydalı olacaq. Həmçinin, təlim qiymətləndirmə zamanı risk əsaslı yanaşma və akkreditasiya prosesində aşkarlanan uyğunsuzluqların səbəbinin təhlili kimi mövzuları da əhatə edəcək. Hazırda Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu əməkdaşlarının və texniki ekspertlərin də iştirak etdiyi təlim proqramı AzAK və Türkiyə Akkreditasiya Agentliyi (TürkAK) arasında məsləhət və təlim xidmətlərinin göstərilməsi üzrə imzalanmış müqavilə çərçivəsində həyata keçirilir.

Bu xəbəri paylaşın :