AzAK əməkdaşı TÜBİTAK UME mütəxəssisinin iştirakı ilə təlimlərdə iştirak edib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin Laboratoriyalarin akkreditasiyasi şöbəsinin əməkdaşı Çinarə Əhmədzadə “Qeyri-müəyyənliyin nəzəri əsasları və beynəlxalq standartlar” və “Laboratoriyalarda qeyri-müəyyənliyin tətbiqi və nümunələr üzərində praktiki təhlillər” mövzusunda təlimlərdə iştirak edib.
Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) təşkil olunan təlimlər Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) mütəxəssisi Dr. Enver Sadıkoğlunun iştirakı ilə keçirilib.
Təlim müddətində iştirakçılar ölçmə qeyri-müəyyənliyi ilə bağlı nəzəri və praktiki biliklər əldə ediblər. Belə ki, təlimlər çərçivəsində qeyri-müəyyənliyin nəzəri əsasları, büdcənin qurulması və əsası komponentləri, o cümlədən laboratoriyalarda qeyri-müəyyənliyin tətbiqi, beynəlxalq standartlara uyğun təqdimat və hesabatların hazırlanması ilə bağlı ətraflı məlumat verilib.
Qarşılıqlı diskussiya formatında təşkil olunan təlimlərdə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, həmçinin praktiki çətinliklər və təcrübələr barədə fikir mübadiləsi aparılıb.