Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK əməkdaşı Tailand Krallığında beynəlxalq təlimdə iştirak edib

AzAK əməkdaşı Tailand Krallığında beynəlxalq təlimdə iştirak edib

AzAK əməkdaşı Tailand Krallığında beynəlxalq təlimdə iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) əməkdaşı Tailand Krallığının Banqkok şəhərində keçirilən “APAC-PTB ADAPT Akkreditasiya Orqanları üçün Rəqəmsallaşdırma” (APAC-PTB ADAPT Digitalization for Accreditation Bodies) mövzusunda beynəlxalq təlimdə iştirak edib.

Təlim akkreditasiya proseslərində rəqəmsallaşmanın inkişaf etdirilməsi və akkreditasiya qurumlarının fəaliyyətində rəqəmsal transformasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub.

Təlim proqramı çərçivəsində akkreditasiya proseslərinin elektron mühitə inteqrasiyası, məlumatların effektiv idarə olunması, elektron məlumat idarəetmə sistemlərinin və rəqəmsal xidmətlərin genişləndirilməsi ilə bağlı mövzular müzakirə olunub. Eyni zamanda, akkreditasiya sahəsində rəqəmsal həllər üzrə qabaqcıl təcrübələrə nəzər salınıb.

Sonda təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.

 

 

Bu xəbəri paylaşın :