AzAK əməkdaşı Özbəkistanda beynəlxalq seminarda iştirak edib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Aqentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) əməkdaşı beynəlxalq seminarda iştirak edib.
“Akkreditasiya: Kiçik və orta müəssisələrin imkanlarının genişləndirilməsi” mövzusuna həsr olunmuş seminarda ISO/IEC 17029 beynəlxalq standartının tələbləri, eləcə də Beynəlxalq Akkreditasiya Forumu (IAF) tərəfindən qəbul edilmiş IAF MD 6 və IAF MD 14 sənədləri əsasında istixana qazı emissiyalarının validasiya və verifikasiyası fəaliyyətinin akkreditasiyası üzrə təlim-məşğələlər təşkil olunub.
Təlimlər çərçivəsində validasiya və verifikasiya orqanlarının müstəqil və obyektiv fəaliyyət göstərməsi, beynəlxalq metodologiyaların tətbiqi, nəticələrin etibarlılıq və dəqiqlik meyarlarına əsasən müəyyənləşdirilməsi, uyğunluğun qiymətləndirilməsi, risklərin təhlili, ölçmələrin aparılması və hesabatların tərtibinə dair mühüm məsələlərə nəzər salınıb.
Seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.