Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK EA-nın Laboratoriya Komitəsinin toplantısında iştirak edib.

AzAK EA-nın Laboratoriya Komitəsinin toplantısında iştirak edib.

Azərbaycan #Akkreditasiya Mərkəzinin nümayəndələri Ankara şəhərində təşkil olunan Avropa Akkreditasiya Əməkdaşlığı Təşkilatının (EA) Laboratoriya Komitəsinin 45-ci toplantısında iştirak ediblər.

#TürkAK-ın ev sahibliyi etdiyi iclasın gündəliyində laboratoriyaların, səriştəlilik testlərini həyata keçirən qurumların, ölçmə nümunələri istehsalçılarının akkreditasiya proseslərinə dair sənədlərinin razılaşdırılması, izlənilməsi, milli akkreditasiya qurumları arasında əməkdaşlıq tələblərinin müəyyənləşdirilməsi, uyğunluğun qiymətləndirilməsi sahəsinin təkmilləşdirilməsi və Aİ qanunvericiliyinə uyğunlaşdırılması kimi prioritet məsələlər müzakirə edilib. Həmçinin Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı - İLAC və EA - nın qəbul etdiyi qərarların, standartların milli akkreditasiya orqanları tərəfindən həyata keçirilməsi zamanı dəstəyin və koordinasiyanın təmin edilməsi tövsiyə edilib.

Bu xəbəri paylaşın :