Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK EA Baş Assambleyasının iclasında iştirak edib

AzAK EA Baş Assambleyasının iclasında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) rəhbər heyəti İrlandiya Respublikasının Dublin şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində heyət Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) 54-cü Baş Assambleyasının iclasında iştirak edib.
İclasda Məsləhət Şurasının, Çoxtərəfli Saziş Şurasının (MLA), Üfüqi Uyğunlaşdırma, Sertifikatlaşdırma, İnspeksiya, Laboratoriya, Kommunikasiya və nəşrlər Komitələrinin təqdimatları baş tutub, hesabat və məruzələri dinlənilib.
Həmçinin uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi, müvafiq orqanlar arasında çoxtərəfli tanınma razılaşmaları, əməkdaşlıq perspektivləri və praktiki sahələrdə qarşılıqlı təcrübə mübadiləsinə dair məsələlər müzakirə olunub.
Sonda EA-ya həqiqi üzv olan dövlətlərin milli akkreditasiya qurumlarında, eləcə də EA-ya həqiqi üzvlük üçün müraciətlər istiqamətində aparılmış həmkar qiymətləndirmələrinin nəticələri nəzərdən keçirilib.

Bu xəbəri paylaşın :