Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK-da beynəlxalq ekspertlə görüş keçirilib

AzAK-da beynəlxalq ekspertlə görüş keçirilib

AzAK-da beynəlxalq ekspertlə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzində (AzAK) keyfiyyət infrastrukturu və ticarətin asanlaşdırılması üzrə beynəlxalq ekspert Daniela Klejanu ilə görüş keçirilib.

“Ümümdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqları və ticarətlə bağlı fəaliyyətlər, keyfiyyət infrastrukturunun və rəqəmsal idarəetmə sisteminin gücləndirilməsi üzrə Azərbaycan Hökümətinə dəstək” texniki yardım layihəsi çərçivəsində baş tutan görüşdə milli akkreditasiya sisteminin təkmilləşdirilməsi məsələlərinə nəzər salınıb. Müzakirələr zamanı keyfiyyət infrastrukturunun mühüm istiqamətlərindən biri kimi akkreditasiya sahəsinin mövcud vəziyyəti təhlil edilib, onun davamlı inkişafının təmin edilməsi üçün prioritet yanaşmalar müəyyənləşdirilib.

Bundan əlavə, ölkədə akkreditasiya proseslərinin beynəlxalq tələblərə uyğunlaşdırılması, uyğunluğun qiymətləndirilməsi sahəsində etimadın artırılması və institusional potensialın gücləndirilməsinə diqqət çəkilib.

Sonda uyğunluğun qiymətləndirilməsi sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaşın :