Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Elan!

Elan!

AzAK “AZS ISO/IEC 17025:2020 – Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər”  mövzusu əsasında 3 günlük təlimlər keçirəcək

 

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) “AZS ISO/IEC 17025:2020 – Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” mövzusu əsasında 3 günlük təlim elan edir.

 

Təlim 2026-ci ilin 25-27 fevral tarixlərində AzAK-ın laboratoriyaların akkreditasiyası sahəsi üzrə ixtisaslaşmış əməkdaşı Çinarə Əhmədzadə tərəfindən keçiriləcək.

 

Təlim proqramı aşağıdakı mövzuları əhatə edəcək:

  • AZS ISO/IEC 17025:2020 standartının strukturu və ümumi tələbləri
  • Resurs tələbləri: işçi heyət, avadanlıqlar, metroloji izləmə
  • Proses tələbləri: metodların seçilməsi, verifikasiya və validasiya, ölçmə qeyri-müəyyənliyi, nəticələrin etibarlılığı
  • İdarəetmə sistemi tələbləri: sənədləşmə, qeydlərə nəzarət, risklərin idarə edilməsi, daxili audit və rəhbərlik üzrə təhlil

 

Təlimin sonunda imtahan keçiriləcək və nəticələrə əsasən iştirakçılara müvəffəqiyyət və ya iştirak sertifikatı təqdim olunacaq.

 

Qeydiyyat üçün əlaqələndirici şəxs:

Dinarə Hüseynova - İnsan resurslarının idarəedilməsi və inkişafı sektoru  Təlim üzrə mütəxəssis
Mob: (+994 70) 671 62 76
E-mail: 
dinara.huseynova@accreditation.gov.az

 

Bu xəbəri paylaşın :