AzAK – da “Validasiya/Verifikasiya və Ölçmə Qeyri-müəyyənliyi” mövzusu əsasında 3 günlük təlimlər keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) “Validasiya/Verifikasiya və Ölçmə Qeyri-müəyyənliyi” mövzusu əsasında 3 günlük təlim elan edir.
Təlimlər 2026-ci ilin 4-6 may tarixlərində AzAK-ın laboratoriyaların akkreditasiyası sahəsi üzrə ixtisaslaşmış əməkdaşı Çinarə Əhmədzadə tərəfindən keçiriləcək.
Təlim proqramı aşağıdakı mövzuları əhatə edəcək:
1. Metodların validasiyası/verifikasiyası və ölçmə qeyri-müəyyənliyinə ümumi baxış;
2. Validasiyanın əsasları, əsas göstəriciləri (dəqiqlik, doğruluq, seçicilik-spesifiklik, sağlamlıq və.s), verifikasiyadan fərqi və tətbiq sahələri;
3. ISO/IEC 17025 standartı: 7.2-ci və 7.6-cı maddələrinin təhlili;
4. Validasiya və verifikasiyanın izahı metodlar üzərində;
5. Keyfiyyətə nəzarət qrafiklərinin qurulması;
6. Ölçmələrin qeyri-müəyyənliyinin qiymətləndirilməsi;
7. Statistik təhlillər, kənar dəyərlər, standart kənarlaşma, etibarlılıq faktoru
Təlimin sonunda imtahan keçiriləcək və nəticələrə əsasən iştirakçılara müvəffəqiyyət və ya iştirak sertifikatı təqdim olunacaqdır.
Qeydiyyat üçün əlaqələndirici şəxs:
Dinarə Hüseynova - İnsan resurslarının idarəedilməsi və inkişafı sektoru Təlim üzrə mütəxəssis
Mob: (+994 70) 671 62 76
E-mail: dinara.huseynova@accreditation.gov.az