Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

ISO/IEC 17043 Standartı üzrə təlimlər keçirilib

ISO/IEC 17043 Standartı üzrə təlimlər keçirilib

Azərbaycanda fəaliyyət göstərən laboratoriyaların rəhbər və aparıcı heyəti üçün “ISO/IEC 17043 uyğunluğun qiymətləndirilməsi - səriştəlilik testinə dair ümumi tələblər” standartı üzrə 5 günlük təlimlərə start verilib.

Təlimlər Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) ilə Türkiyə Akkreditasiya Agentliyi (TürkAK) arasında məsləhət və təlim xidmətlərinin göstərilməsinə dair imzalanmış müqavilə çərçivəsində həyata keçirilir. Göstərilən təlimlər akkreditə olunmuş səriştəlilik testi təminatçılarının idarəetmə sisteminin etibarlılığına və tələblərə cavab verməsinə imkan yaradacaq. Sonda təlimi müvəffəqiyyətlə başa vuran iştirakçılara TürkAK tərəfindən sertifikatlar təqdim olunacaq.

Bu layihənin reallaşmasında AzAK-a dəstək olan Caspian Engineering Solutions, İntertek Azeri LTD, MST Engineering Services LLC, CBM Engineering və SGS Azərbaycan MMC təşkilatlarına təşəkkürümüzü bildiririk.

Bu xəbəri paylaşın :