Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK əməkdaşları EA-nın həmkar qiymətləndirilməsi proseduru üzrə təlimdə iştirak edib

AzAK əməkdaşları EA-nın həmkar qiymətləndirilməsi proseduru üzrə təlimdə iştirak edib

Almaniya Fiziki-Texniki Federal İnstitutunun (Physikalisch-Technische Bundesanstalt - PTB) nümayəndə heyəti “Şərq Tərəfdaşlığı ölkələrində artan ticarət üçün keyfiyyət standartları" layihəsi çərçivəsində Bakıya işgüzar səfər edib.

Səfər çərçivəsində Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin əməkdaşları üçün Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) həmkar qiymətləndirilməsi proseduruna dair təlimlər təşkil edilib.

İki gün davam edən təlimlərdə akkreditasiya üzrə ekspert Maria Papatzikou və PTB-nin nümayəndəsi Dr. Rozsa Ring-in təqdimatları dinlənilib, EA-nın milli akkreditasiya qurumunun qiymətləndirilməsinə dair tələblərinə nəzər salınıb. Həmçinin həmkar qiymətləndirilməsi prosesi zamanı əldə edilən nəticələr üzrə verilən qərarlar müzakirə edilib.

Sonda təlimdə uğurla iştirak edən əməkdaşlara sertifikatlar təqdim olunub.

Bu xəbəri paylaşın :