Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Azərbaycanda ilk dəfə peşə hazırlıq mərkəzi akkreditasiyadan keçirilib

Azərbaycanda ilk dəfə peşə hazırlıq mərkəzi akkreditasiyadan keçirilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən (AzAK) Dövlət Məşğulluq Agentliyinin “Bakı Peşə Hazırlığı Mərkəzi” PHŞ akkreditasiyadan keçirilib.

Bununla da, AzAK fiziki şəxslərin sertifikatlaşdırılmasını icra edən orqan kimi ölkədə ilk dəfə peşə hazırlıq məktəbini akkreditasiyadan keçirib.

Bakı Peşə Hazırlığı Mərkəzi könüllülük prinsipi əsasında “AZS ISO/IEC 17024:2014 – Uyğunluğun qiymətləndirilməsi, fiziki şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər” beynəlxalq standartı ilə akkreditə olunub. Beləliklə, Mərkəz sertifikatlarında AzAK-ın akkreditasiya nişanından istifadə etmək hüququ əldə edib.

Məlumat üçün bildirək ki, sözügedən beynəlxalq standart sertifikatlaşdırma orqanının fəaliyyət sahələrinə uyğun olaraq onun səriştəliliyinə və keyfiyyətli xidmət göstərməsinə dair tələbləri müəyyən edir.

Peşə hazırlıq məktəbləri akkreditasiyadan keçməklə fəaliyyətlərinin beynəlxalq standartın tələblərinə uyğun olaraq qurulduğunu, əmək bazarının tələbatına uyğun ixtisaslı kadrların hazırlanması və əməyin stimullaşdırılması istiqamətində səriştəliliklərini təsdiq edirlər.

Bu xəbəri paylaşın :