Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Azərbaycan Akkreditasiya Mərkəzi Belçikada MAC-ın iclasında iştirak edib

Azərbaycan Akkreditasiya Mərkəzi Belçikada MAC-ın iclasında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndəsi Belçika Krallığına işgüzar səfər edib. Səfər çərçivəsində AzAK nümayəndəsi Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının Çoxtərəfli Saziş Şurasının (MAC) Brüssel şəhərində keçirilən 49-cu iclasında iştirak edib.

İclasda Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı (ILAC) və Beynəlxalq Akkreditasiya Forumunun (IAF) prosedurlarına dair həmkar qiymətləndirilməsi meyarlarının müzakirəsi aparılıb, auditor sayının akkreditasiya olunan qurumlara nisbətdə statistik göstəriciləri açıqlanıb. Həmçinin həmkar qiymətləndirimələrində aşkarlanan uyğunsuzluqlar və MAC tərəfindən onların həlli istiqamətində verilən möhlət və şərtlər qeyd olunub.

İclasın  sonunda MAC-ın idarə heyətinə yeni üzv seçimlərinin nəticələri açıqlanıb.

Qeyd: MAC milli akkreditasiya orqanlarının həmkar qiymətləndirilməsi prosesinin effektiv, qərəzsiz idarə edilməsinə, monitorinqinə cavabdeh olan və Çoxtərəfli Saziş (MLA - Multilateral Agreement) imzalamasına dair qərar qəbul edən Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının qurumudur.

Bu xəbəri paylaşın :