Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK nümayəndəsi Halal Akkreditasiya Qurumunun seminarında iştirak edib

AzAK nümayəndəsi Halal Akkreditasiya Qurumunun seminarında iştirak edib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndəsi Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib. 
Səfər çərçivəsində nümayəndəmiz “Halal sertifikatlaşdırma fəaliyyətlərinin çoxtərəfli və qarşılıqlı tanınması üzrə seminar”da iştirak edib.
Seminar çərçivəsində uyğunlaşdırılmış akkreditasiya sistemi haqqında məlumatlılığın artırılması ilə yanaşı tərəfdaş ölkələrin təcrübələri və İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) ilə qarşılıqlı tanınma üsulları müzakirə edilib. Həmçinin SMIIC Akkreditasiya Şurası tərəfindən halal sertifikatların çoxtərəfli tanınması istiqamətində görülən tədbirlər barədə məlumat verilib. 
Seminarda Azərbaycanla yanaşı, Qazaxıstan, Nigeriya, Səudiyyə Ərəbistanı və İordaniyadan olan akkreditasiya qurumlarının nümayəndələri, həmçinin SMIIC və COMCEC (İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi)  rəsmiləri də iştirak ediblər.

Bu xəbəri paylaşın :