Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

AzAK akkreditasiya qiymətləndiricisi namizədləri üçün təlimlər təşkil edib

AzAK akkreditasiya qiymətləndiricisi namizədləri üçün təlimlər təşkil edib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Akkreditasiya üzrə qiymətləndirmə texnikalarına dair təlimlər keçirib.

Türkiyə Akkreditasiya Agentliyi (TÜRKAK) ilə birgə təşkil olunan təlimlər baş qiymətləndirici və qiymətləndiricilərin akkreditasiya prosesinə cəlb edilməsi məqsədilə keçirilib.

Dörd gün davam edən təlimlər zamanı “ISO/IEC 17011:2017 - Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər”, ISO/IEC 17025:2017 - Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartları, qiymətləndiricilərin vəzifə təlimatları və qiymətləndirmə texnikaları barədə məlumat verilib.

Təlimlərin sonunda yüksək nəticə göstərən iştirakçılara TÜRKAK tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd: Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Türkiyə Akkreditasiya Agentliyi (TÜRKAK) ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs (AzAK) arasında 18.02.2022-ci il tarixində məsləhət və təlim xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.

 

Bu xəbəri paylaşın :