Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Avropa Akkreditasiya Əməkdaşlığı təşkilatının illik toplantısında iştirak etdik

Avropa Akkreditasiya Əməkdaşlığı təşkilatının illik toplantısında iştirak etdik

23-24 noyabr tarixlərində Brüssel şəhərində Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) 52-ci illik toplantısı keçirilib. Baş assambleyanın iclasında ölkəmizi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndələri təmsil ediblər.

Toplantı zamanı EA-nın gündəliyində Akkreditasiya orqanları arasında çoxtərəfli qarşılıqlı tanınma razılaşmaları və ILAC-la əməkdaşlıq, inspeksiya orqanlarının keyfiyyəti idarəetmə sistemləri və siyasət sənədləri, təklif, şikayət və müraciətlərə dair hesabatlar müzakirə edilib. Həmçinin, EA-ya həqiqi üzv olan və həqiqi üzvlüyə müraciət etmiş milli akkreditasiya orqanlarında aparılan həmkar qiymətləndirmələrinin nəticələrinə və digər məsələlərə də baxılıb.

Bu xəbəri paylaşın :