Kalibrləmə laboratoriyalarının nəzərinə

PTB (Almaniya Metrologiya İnstitutu) tərəfindən həyata keçirilən “Cənubi Qafqaz ölkələrində keyfiyyət infrastrukturunun gücləndirilməsi” layihəsi çərçivəsində 2020-ci ilin 1-ci rübündə temperatur sahəsində Ölçmə üzrə laborotoriyalararası müqayisələrin (İLC)  həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ölçülən rəqəmsal termometrləridir. Pilot laboratoriya kimi GeoSTM çıxış edəcəkdir.

Ölçmə üzrə laborotoriyalararası müqayisələrdə (İLC) iştirak etməkdə maraqlı olan kalibrləmə laboratoriyaları 31.01.2020-ci il tarixinədək https://www.eastern-partnership.ptb.de/index.php?id=1291 linkdə qeydiyyatdan keçə bilər.

Qeydiyyatdan keçən laboratoriyaların Azərbaycan Akkreditasiya Mərkəzinə məlumat vermələri xahiş olunur.